İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
SİYASƏT
11:54 25.09.2026
102
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

AZXEBER.COM xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlandı.

Dövlətimizin başçısı bu ilin fevralında "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını dedi.

Görüşdə Azərbaycan ilə "Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə "Neuberger Berman” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edildi.

Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış "Neuberger Berman” dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da "Neuberger Berman”ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
12:28 25.09.2026
Vəzir Həsənovun idarəsində yoxlama: Bu şəxslər cəzalandırıldı
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
12:27 25.09.2026
“Artıq dünya Netanyahuya etiraz edir” – BMT-də nə baş verir?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
12:25 25.09.2026
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun!
Prezident Kobaxidzeyə zəng etdi
12:08 25.09.2026
Prezident Kobaxidzeyə zəng etdi
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
12:07 25.09.2026
Bu şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
12:04 25.09.2026
"Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir"
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
11:59 25.09.2026
Suraxanıda 11 kiloqram narkotik vasitə aşkarlandı
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
11:49 25.09.2026
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
Hərbçilərin maaşı bu qədər artacaq
11:40 25.09.2026
Hərbçilərin maaşı bu qədər artacaq
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
11:39 25.09.2026
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
11:38 25.09.2026
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
11:21 25.09.2026
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
11:20 25.09.2026
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR