İlham Əliyev NİDA-çıları əfv etdi - KİV

SİYASƏT
15:55 17.10.2014
1630
Bu gün Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Lent.az-ın məlumatına görə, sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.

Haqqin.az saytının məlumatına görə isə əfv olunanların siyahısında NİDA-çı gənclərin də adı var. Siyahı yaxın saatlarda mətbuatda yayımlanacaq. 

OXŞAR XƏBƏRLƏR