"Qarabağ"ın Avropada uğurlu çıxışına ölkə rəhbərliyi biganə qalmayacaq.
AZXEBER.COM xəbər verir ki, fanat.az-ın əldə etdiyi məlumata görə, prezident İlham Əliyev Ağdam klubunu qəbul edəcək.
Görüş yaxın günlərdə keçiriləcək. "Qarabağ" dövlət başçısı ilə görüşə tam heyətlə qatılacaq.
"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimli isə ANS PRESS-ə bildirdi ki, bu məsələ sadəcə mətbuatda yayılıb, dəqiq bilinmir: "Əgər cənab prezident İlham Əliyevlə görüş keçirilərsə, biz bununla qürur duyarıq".