İlham Əliyev “Qarabağ”ın heyəti ilə görüşdü

İDMAN
12:37 17.12.2014
1958
Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ"ı qəbul edib.
AZXEBER.COM qol.Az-a istinadən xəbər verir ki, görüşdə İlham Əliyev çıxış edib, "Qarabağ"ın Avroliqadakı çıxışına toxunub. Prezident çıxışında Avroliqanın "İnter"lə son oyununda "Qarabağ"ın hakimlərin haqsızlığı ilə üzləşdiyini deyib.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, baş məşqçi Qurban Qurbanov da görüşdə çıxış edib.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsini üçüncü pillədə tamamlayıb. Ağdam təmsilçisinin Avroliqanın qrup mərhələsinin sonuncu turunda "İnter"ə qarşı matçda təmiz qolu qeydə alınmayıb
OXŞAR XƏBƏRLƏR