İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi
SİYASƏT
19:32 25.09.2026
119
Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”
OXŞAR XƏBƏRLƏR