İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib

İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib
SİYASƏT
11:10 27.12.2019
2641

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda dövlətimizin başçısı Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

OXŞAR XƏBƏRLƏR