İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik etdi

İlham Əliyev Qətər Dövlətinin Əmirini təbrik etdi
SİYASƏT
11:48 18.12.2023
166
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Qətər dövlətlərarası əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və rifah diləyirəm."
OXŞAR XƏBƏRLƏR