İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan dünya lideridir”

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan dünya lideridir”
SİYASƏT
20:54 16.10.2020
991
"Azərbaycan xalqının və digər ölkələrdə yaşayan dostlarımızın, yoldaşlarımızın duaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz öz torpağımız uğrunda vuruşuruq”.

Bunu Prezident İlham Əliyev Türkiyənin "A Haber”ə kanalına müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən aparılan müharibə şər qüvvələrin müharibəsidir: "Biz hər zaman Türkiyədən dəstək görmüşük. Son illər ərzində Türkiyə və Azərbaycan rəhbərliyi o qədər ölkələrimizi bir-birinə bağlayıb, o qədər güclü tellərlə bağlayıb ki, bu birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə Türkiyədən mənə çoxlu məktublar gəlir. Yazırlar ki, hörmətli Prezident biz də Azərbaycana gəlməyə hazırıq, biz də kömək eləməyə hazırıq. Bunlar bizi çox duyğulandırır. Bizim birliyimiz bu çətin məqamda özünü bir daha biruzə verir. Bir daha bütün türk qardaşlarımıza təşəkkür edirəm. Biz onların dəstəyini hiss edirik. Bu dəstək bizə əlavə güc verir, bizim iradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli Prezident  Rəcəb Tayyib Ərdoğan demişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, əslində, bizim birliyimizi təsdiq edən ən gözəl ifadədir, ən gözəl kəlamdır”.
OXŞAR XƏBƏRLƏR