İlham Əliyev Riçard Morninqstarı qəbul etdi

SİYASƏT
16:02 16.07.2014
1146

Prezident İlham Əliyev iyulun 16-da ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sahəsində uzun illər həyata keçirilən əməkdaşlığın önəmi qeyd olunub, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

APA

OXŞAR XƏBƏRLƏR