İlham Əliyev sabah Özbəkistana səfər edəcək

İlham Əliyev sabah Özbəkistana səfər edəcək
SİYASƏT
18:06 20.06.2022
250
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-i Özbəkistana səfər edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilib.

İki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutacaq.

Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir. 
OXŞAR XƏBƏRLƏR