İlham Əliyev Şəfiqə Axundovanın vəfatı ilə bağlı başsağlığı verib

İlham Əliyev Şəfiqə Axundovanın vəfatı ilə bağlı başsağlığı verib
SİYASƏT
01:40 27.07.2013
1907

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib”

Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, mədəniyyət işçiləri bəstəkar Şəfiqə Axundovanın vəfatı ilə bağlı başsağlığı veriblər.

Başsağlığında qeyd edilir ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şəfiqə Qulam qızı Axundova 2013-cü il iyulun 26-da ömrünün 90-cı ilində vəfat edib.

Şəfiqə Axundova 1924-cü il yanvar ayının 21-də Şəki şəhərində anadan olub. O, Bakıda orta məktəbi başa vurub, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub və 1956-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirərək musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

1943-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Şəfiqə Axundova peşəkar fəaliyyəti ilə yanaşı, 1943-1945-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb, 1956-1989-cu illərdə Azərbaycan İncəsənət İnstitutunda dərs deyib.

Şəfiqə Axundovanın milli musiqi xəzinəmizi zənginləşdirən yaradıcılığı müasir Azərbaycan mədəniyyətində xüsusi yer tutur. O, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirib. Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və müxtəlif səpkili əsərlər bəstələyən sənətkar ölkəmizdə daha çox mahnılar müəllifi olaraq şöhrət tapıb.

Fitri istedadı və tükənməz enerjisi sayəsində musiqi sənətinin incəliklərini dərindən mənimsəməklə hələ tələbəlik illərindən bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Şəfiqə xanım ayrı-ayrı janrlarda çox sayda əsərlər meydana gətirib. Geniş yaradıcılıq diapazonuna malik sənətkarın yetmiş ilə yaxın bir dövr ərzindəki fəaliyyəti özündə mahnı və romansları, opera və operettaları, simfonik süita və pyesləri ehtiva edir. Şəfiqə xanımın onlarla tamaşaya bəstələdiyi musiqi dərin dramatizmi və incə lirizmi ilə səciyyələnərək Azərbaycan teatrı tarixində özünəməxsus yer tutur.Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Şəfiqə Axundovanın misilsiz xidmətləri vardır. O, klassik və müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndələrinin bədii irsinə dönə-dönə müraciət etmiş, Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və Mirvarid Dilbazinin lirik şeirlərinə qaynağını xalq mahnılarından və muğamlardan alan yüzlərlə mahnı bəstələyib. Vaxtilə Bülbül, Şövkət Məmmədova, Şövkət Ələkbərova və digər görkəmli müğənnilərimizin ifasında səslənib ürəkləri fəth edən bu melodiyalar yaddaşlarda dərin iz buraxıb.

Şəfiqə xanım Axundova uzun illər zəngin bilik və təcrübəsini ölkəmizdə musiqiçi kadrların hazırlanması işinə həsr etməklə gənc nəslin yetişdirilməsi işinə dəyərli töhfələr verib. Onun sənətə və xalqa həqiqi xidmət nümunəsi olan yaradıcılığı gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında və musiqi zövqünün formalaşmasında mühüm rol oynayıb.

Şəfiqə Axundovanın musiqi mədəniyyətimizin inkişafı sahəsində böyük xidmətləri yüksək qiymətləndirilib. O, müxtəlif fəxri adlara, orden və medallara layiq görülmüş, müstəqil Azərbaycanın ali dövlət mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli bəstəkar, gözəl pedaqoq və səmimi insan Şəfiqə xanım Axundovanın xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

İlham ƏliyevArtur RasizadəOqtay ƏsədovRamiz MehdiyevElçin ƏfəndiyevHacıbala AbutalıbovFatma AbdullazadəƏbülfəs QarayevHicran HüseynovaArif MəlikovFirəngiz ƏlizadəFərhad BədəlbəyliAzər RzayevAqşin ƏlizadəXəyyam MirzəzadəTofiq BakıxanovRamiz ZöhrabovEldar MansurovSiyavuş KərimiTimuçin ƏfəndiyevRamiz MirişliOqtay Zülfüqarov

Mərhumun cənazəsi vidalaşmaq üçün 2013-cü il iyulun 27-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"