İlham Əliyev səfirlikdə

SİYASƏT
14:35 24.01.2015
981
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyində olub.AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.Xatırladaq ki, 91 yaşlı Abdullah bin Əbdüləziz Əl Səud uzun müddətdir pnevmoniya daxil olmaqla müxtəlif xəstəliklərdən müalicə olunurdu. Kral cümə gecəsi - 23 yanvarda dünyasını dəyşib. Bir çox siyasi liderlər Səudiyyə kralının dəfn mərasmində iştirak etmək üçün Məkkə şəhərinə gediblər. Prezident İlham Əliyev də dünən başsağlığı verib. Azərbaycanı dəfn mərasmində Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də Səudiyyə Ərəbistanındadı.
OXŞAR XƏBƏRLƏR