İlham Əliyev simpozium iştirakçılarına müraciət ünvanladı

SİYASƏT
12:07 11.07.2019
3076
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" adlı II beynəlxalq simpozium iştirakçılarına müraciət ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində salamlamaqdan məmnun olduğumu bildirir, hər birinizə ən səmimi arzu və istəklərimi yetirirəm. Etnik-mədəni müxtəlifliyi və təbii coğrafi zənginlikləri ilə dünyanın unikal güşələrindən olan Qafqazın son 1400 illik tarixi İslam dini ilə bağlıdır.

Azərbaycanda, o cümlədən Qafqazın müxtəlif bölgələrində bu dinə məxsus çoxsaylı maddi və qeyri-maddi mədəniyyət nümunələri İslam sivilizasiyasının regiondakı dərin köklərindən xəbər verir.

Bu gün Qafqazda yaşayan xalqların bir çoxunun mədəniyyətinin əsasını İslam dəyərləri təşkil edir. İslam 7-ci əsrin ortalarından etibarən Azərbaycanda yayılmağa başlayıb və ölkəmiz İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən birinə çevrilib. Xalqımız 100 illər boyu belə bir mədəni-mənəvi müstəvidə bəşəri fikir tarixinə böyük şəxsiyyətlər bəxş etmiş, dünya şöhrətli azərbaycanlı alim və mütəfəkkirlər, söz və sənət dühaları İslam mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmişdir. Tarixən olduğu kimi, bu gün də Azərbaycanda islami dəyərlərin qorunmasına xüsusi əhəmiyyət verilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 9-11 dekabr 1998-ci ildə "İslam sivilizasiyası Qafqazda" beynəlxalq simpoziumun Bakıda keçirilməsi xalqımızın öz tarixi keçmişinə və milli-mənəvi dəyərlərinə bağlılığın bariz nümunəsi idi. 2017-ci ilin "Azərbaycanda İslam Həmrəyliyi ili" elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi müasir narahat dünyamıza əmin - amanlıq və həmrəylik çağırışları kimi qiymətləndirilməlidir. Bir sıra ölkələrdə islamofobiyanın vüsət aldığı hazırkı dövrdə biz insanları birliyə, bərabərliyə, sülhə və tolerantlığa dəvət edən ümumbəşəri islam dəyərlərinin təbliği istiqamətində ardıcıl səylərimizi, eyni zamanda mədəniyyətlərarası dialoq və əməkdaşlıq təşəbbüslərimizi bundan sonra da davam etdirəcəyik. "İslam Sivilizasiyası Qafqazda" II beynəlxalq simpoziumunun maraqlı və konstruktiv müzakirə şəraitində keçəcəyinə, Azərbaycanın, ümumilikdə, Qafqazın İslam sivilizasiyasının inkişafındakı tarixi yerinin və rolunun araşdırılmasına yeni töhfələr verəcəyinə əminliyimi bildirir, toplantınızın işinə uğurlar arzulayıram"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:16 10.07.2020

“Oqtay Şirəliyevin səhhətində problem yoxdur, işinin başındadır”

18:13 10.07.2020

Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlandı

18:08 10.07.2020

İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ

17:59 10.07.2020

Operativ Qərargahın brifinqləri onlayn keçirilə bilər

17:52 10.07.2020

TƏBİB: Sağalan insanların koronavirusdan təkrar test olunması tələb olunmur

17:50 10.07.2020

Prezidentin köməkçisi Azərbaycan jurnalistlərinin pandemiya şəraitində əməyini yüksək qiymətləndirdi

17:49 10.07.2020

Hikmət Hacıyev təcili tibbi yardımın gecikməsi məsələsindən danışdı

17:46 10.07.2020

Azərbaycanda 18 məhkum koronavirusa yoluxdu - 2-si azadlığa buraxıldı

17:45 10.07.2020

Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxdu

17:36 10.07.2020

Prezidentin köməkçisi: "İctimai nəqliyyatdan istifadə edirəm, avtobus kartımı göstərə bilərəm”

17:33 10.07.2020

Azərbaycanda 90 yaşlı qadın koronavirusdan sağaldı

17:28 10.07.2020

Prezidentin köməkçisi: Vətəndaşlarımızdan xahişimiz odur ki, xarici səfərlərdən çəkinsinlər

17:21 10.07.2020

Prezidentin köməkçisi: “Rəqəmlərdə müəyyən stabilləşmə var”

17:18 10.07.2020

TƏBİB-dən rayona getmək istəyənlərə - CAVAB

17:15 10.07.2020

TƏBİB: Yoluxanların sayı ilə sağalanların sayı demək olar eyniləşib

17:08 10.07.2020

Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi