İlham Əliyev SOCAR-ın binasının açılışında

SOSİAL
11:30 30.05.2016
1911
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.
AZXEBER.COM-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.
Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR