İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul etdi

İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul etdi
SİYASƏT
11:56 12.06.2023
185
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə "Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.

Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun "Starwood Capital Group” şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirib və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu deyib.

Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edilib, energetika sahəsi, xüsusilə alternativ enerji, logistika, turizm sahələrinə əlverişli investisiya qoyuluşu üçün yaxşı imkanların olduğu vurğulanıb və bununla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı investisiya şirkətlərindən biri olan "Starwood Capital Group” 1991-ci ildə təsis edilib. Şirkətin daşınmaz əmlak, kredit və enerji infrastruktur strategiyaları üzrə idarə etdiyi vəsaitlərin ümumi dəyəri hazırda 120 milyard ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşir və 35-dən artıq ölkəyə investisiya həyata keçirib. Hazırda portfel şirkətlərində 5 mindən artıq əməkdaş çalışır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq