İlham Əliyev Sumqayıt şəhərinə səfər edib

İlham Əliyev Sumqayıt şəhərinə səfər edib
SİYASƏT
14:35 03.10.2013
1426

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, əvvəlcə dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə ölkəmizin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.Sonra Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi.Dövlətimizin başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.Prezident İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış oldu.Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilmişdir.Daha sonra Azərbaycan Prezidenti Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış oldu.Dövlətimizin başçısı burada görülən işləri əks etdirən stendlərə baxdı.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev (ARDNŞ) meydanda görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.Azərbaycan Prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlandı.Dövlətimizin başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış oldu.Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak etdi.İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunmuşdur.Prezident İlham Əliyev müəssisəni işə saldı, istehsal prosesini izlədi və hazır məhsullara baxdı.Sonra dövlətimizin başçısı dəyirman kompleksi və taxıl anbarını işə saldı.Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak etdi.ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.Dövlətimizin başçısı inşaatçılarla görüşdü, onlara uğurlar arzuladı.Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak etdi.Dövlətimizin başçısı zavodu işə saldı, istehsal prosesini izlədi. Bununla da Prezident İlham Əliyevin Sumqayıta səfəri başa çatdı.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb