İlham Əliyev tapşırıq verdi - O komanda KVN-dən uzaqlaşdırıldı

SİYASƏT
18:30 17.01.2017
33211

Xəbər verdiyimiz kimi, "Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin komandaları da dəvət olunmuşdu. Məsələ ilə bağlı Azərbaycan XİN-i və Gənclər və İdman Naziriyi etiraz bəyanatı yaymışdılar.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qondarma rejimi təmsil edən komandaların siyahıdan çıxarılması ilə bağlı ölkə başçısının birbaşa tapşırıq verdiyini qeyd edib. Bu barədə o, facebook sosial şəbəkəsindəki hesabında yazıb:

"Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağıın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.

Qeyd edək ki, ötən gün Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью” və "DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandaların növbəti tura keçmələrinin qarşısı alınıb. 

 

OXŞAR XƏBƏRLƏR