Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.