İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”

İlham Əliyev: “Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı iddialar “fake news”dur”
SİYASƏT
21:08 29.09.2020
2678
Türkiyənin regiondakı rolu sabitləşdirici xarakter daşıyır. Türkiyə bizim müttəfiqimiz və qardaş ölkəmizdir.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 1” kanalına eksklüziv müsahibəsində bildirib.

Prezident qeyd edib ki, Türkiyə Ermənistanın hücumundan dərhal sonra həm dövlət başçısı, həm də digər rəhbər səviyyələrdə Azərbaycana və beynəlxalq hüquqa dəstəyini bildirdi: "Çünki Ermənistan artıq 30 ildir Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ pozur. Türkiyə bizə ancaq mənəvi dəstək göstərir və biz buna görə Türkiyə prezidentinə və türk xalqına minnətdarıq. Başqa heç cür Türkiyə bu münaqişədə iştirak etmir və erməni tərəfinin Türkiyənin döyüşlərdə iştirakı ilə bağlı yaydığı şayiələr təxribat xarakteri daşıyır. Bu, "fake news”dur. Türkiyənin münaqişədə iştirakı ilə bağlı bir dənə də dəlil yoxdur və buna heç ehtiyac da yoxdur. Azərbaycan ordusu öz xalqını və ərazisini müdafiə etməyə tam hazırdır”.

Ermənistan tərəfinin iddia etdiyi Ermənistan hərbi hava qüvvələrinə məxsus "Su-25” döyüş təyyarəsinin Türkiyəyə məxsus "F-16” təyyarələri tərəfindən vurulması xəbərini şərh edən ölkə başçısı qeyd etdi ki, Türkiyənin Hərbi Hava Qüvvələri və "F-16” qırıcıları münaqişədə iştirak etmir və bu xəbər heç bir dəlillə təsdiq olunmur: "Müasir texnologiyaların inkişafını nəzərə alaraq belə bir halı gizlətmək mümkün deyil. Buna görə də bu xəbəri asanlıqla yoxlayıb təxribat olduğunu aydınlaşdırmaq olar. Ermənistan tərəfinin məqsədi bizə aydındır. İlk növbədə onlar Azərbaycan ordusunun işğal olunmuş ərazilərini azad edərkən qazandığı nailiyyətləri kölgələmək istəyirlər. Həmçinin Ermənistan tərəfi münaqişənin genişlənməsi və üçüncü ölkələrin buna qoşulmasını iddia etməklə daha çox tərəfləri münaqişəyə cəlb etmək istəyir və öz təxribatına haqq qazandırmağa çalışır. Sizə tam məsuliyyətlə deyirəm ki, türkiyə münaqişə tərəfi deyil, döyüşlərdə iştirak etmir və buna da ehtiyac yoxdur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
15:45 29.06.2025
Füzulidə kanalda batan şəxsin axtarışları davam edir
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
15:40 29.06.2025
“Bu prosesin başında Putinin formalaşdırdığı ideoloji xətt dayanır” - Deputat
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
15:30 29.06.2025
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
15:09 29.06.2025
Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
14:54 29.06.2025
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası bəyanat yaydı: Rusiya dərhal üzr istəməlidir
İranda icazəsiz dron uçuş qadağan edildi
14:44 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev