İlham Əliyev: ‘Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar’

İlham Əliyev: ‘Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar’
SİYASƏT
12:12 11.09.2013
1330

“İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar”.

AZXEBER.COM AzerTac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bərdədə məcburi köçkün ailələri üçün yeni salınmış məhəllə ilə tanışlıq zamanı deyib:

“Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaqdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik. Ondan sonra demoqrafiya məsələləri vardır. Mən bu məsələni dəfələrlə vurğulamışam. Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş vardır. Ermənistanda isə azalıbdır. İndi iki milyondan azdır. İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar. Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaq.

İndi təmas xəttində bizim mövqelərimiz qorunur, əsgərlər orada dayanıblar, orada Ermənistan tərəfini təmas xəttini qorumaq üçün canlı qüvvə yoxdur. Boşluqlar vardır. Bu proses tədricən daha da sürətlə gedəcəkdir. Çünki həm gücümüz artır, eyni zamanda, biz Ermənistanı müəyyən qədər təcrid vəziyyətində saxlayırıq. Tam təcrid deyil, çünki onların digər qonşularla sərhədləri açıqdır. Ancaq Azərbaycan və Türkiyə sərhədləri bağlı olduğu üçün bu, müəyyən mənada onlara ciddi iqtisadi zərbədir. Əlbəttə ki, torpaqlar işğaldan azad olunana qədər bu vəziyyət belə olacaqdır, belə də olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər