İlham Əliyev Vaşinqtonda Sarkisyanla görüşəcək? - AÇIQLAMA

İlham Əliyev Vaşinqtonda Sarkisyanla görüşəcək? - AÇIQLAMA
SİYASƏT
16:54 25.03.2016
1861
Ermənistan tərəfi prezident İlham Əliyev və Serj Sarkisyan arasında bu ay baş tutması ehtimal edilən görüş barədə məlumat yayıb. Ermənistanın Respublika Partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bu barədə məlumat verib:
“Prezident Serj Sarkisyan Vaşinqtona səfər edəcək. Amma Azərbaycan prezidenti ilə görüş barədə qərar yoxdur. Mətbuat prezident administrasiyası tərəfindən məlumatlandırılacaq, lakin hər hansı görüş barədə məlumatlı deyilik. Belə qərar yoxdur və hətta belə müzakirə də olmayıb”.
Bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin martın 31-də Vaşinqtonda keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitində görüşəcəyi ilə bağlı məlumat yayılmışdı.
"Prezidentlərin sonuncu görüşü ötən ilin dekabr ayında çətinliklə təşkil edilmişdi. Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar dalana dirənib", - deyə "Aykakan Jamanak" qəzeti yazmışdı.
Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində baş tutub. Görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. ATƏT-in Minsk qrupunun həmsədrlərinin yekuna dair yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Bern görüşü ötən il dekabr ayının 19-da baş tutub. İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş bir saata yaxın davam edib. Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər.
Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb. "Prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər".
Bundan öncəki görüş isə 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutmuşdu.(anspress)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”