İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək: Gözləntilər nədir?

İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək: Gözləntilər nədir?
SİYASƏT
13:37 10.05.2023
397
Mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov AZXEBER.COM-a açıqlamasında nəzərdə tutulan görüş haqda fikirlərini bildirib. 

Politoloq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşə təsiri ilə bağlı danışıb:

"ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən Vaşinqton görüşdə irəliləyişlərin olması ilə bağlı həm Azərbaycan tərəfi, həm də ABŞ tərəfi məlumat yaydı. Görüşlə bağlı Ermənistan tərəfindən bəzi məlumatlar yayılsa da, ancaq tam əksini tapmır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan görüşdə yekun nəticənin əldə edilmədiyini bildirib. Vaşinqton görüşündə birinci razılıq sülh danışıqları prosesinin sürətləndirilməsi oldu. Bu proses üçün maneələr var. Eyni zamanda maraqlı tərəflər də var. Rusiya, İran, Fransa və digər ölkələr var ki, prosesin içindədirlər. Ermənistana təzyiq imkanları böyükdür. Ondan istifadə etməyə çalışırlar. Paşinyan hökümətinin özünü tam möhkəmlətməsi mümkün olmayıb. Qeyd etdiyim ölkələr ona təsir etmək imkanına malikdir”.
 


Samir Hümbətovun fikrincə, Vaşinqton görüşündə bəzi məsələlər xüsusən də sülh müqaviləsinin detalları müzakirə olunub:

"Ən önəmli məqamlar Brüssel görüşünə saxlanılıb. Vaşinqton görüşü Brüssel görüşünün alt bazasının möhkəmlənməsinə təkan verdi. Brüssel görüşündə taleyüklü məsələlər müzakirə olunacaq. Çünki belə məsələlərə liderlər səviyyəsində qərar verilir. Vaşinqton görüşü 5-ci Brüssel görüşünün daha da qüvvətlənəsinə səbəb oldu”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda Yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı