Rusiya Federasiyasının Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının ilk günü idmanın bir çox növlərində maraqlı məqamlarla yadda qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva fevralın 8-də kişilər arasında 5000 metr məsafəyə sürətli konkisürmə yarışlarına baxmışlar.Qeyd edək ki, 1998-ci ildən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan budəfəki olimpiadada idmanın dağ xizəyi və fiqurlu konkisürmə növləri üzrə dörd idmançı ilə təmsil olunur.