İlham Əliyev Xorvatiya və Bolqarıstanın keçmiş prezidentlərini qəbul edib

SİYASƏT
17:00 31.05.2013
1468

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın və Bolqarıstanın keçmiş prezidentləri Stepan Mesiç və Georgi Pırvanovu ayrı-ayrılıqda qəbul edib.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Stepan Mesiçlə görüşdə Azərbaycan ilə Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olundu, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirildi.Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.Bolqarıstanın sabiq Prezidenti Georgi Pırvanovla görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu və mühüm əhəmiyyət daşıdığı vurğulandı, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi Foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirildi.Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu qeyd edildi.

OXŞAR XƏBƏRLƏR