İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik etdi

SİYASƏT
12:16 23.02.2025
483
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib.

AZXEBER.COM təbrik məktubunu təqdim edir:

"Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
OXŞAR XƏBƏRLƏR