İlham Əliyev zavod açılışında - FOTOLAR

İlham Əliyev zavod açılışında - FOTOLAR
Siyasət
14:13 12.06.2025
554
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər.

"Azərsun Holdinq”ə məxsus "Qafqaz” konserv zavodu və "Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları - popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton olan zavodda dünyanın aparıcı ölkələrinin müasir avadanlıqları quraşdırılıb. İstehsalatda istifadə ediləcək günəbaxan, badam, fındıq kimi məhsullar yerli xammal hesabına təmin olunacaq. Ümumi sahəsi 7 hektardan çox olan müəssisədə 210 nəfər daimi işlə təmin ediləcək. Zavodun ümumi investisiya dəyəri 38 milyon manat təşkil edir ki, bunun da 5 milyon manatı Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Qeyd edək ki, Azərbaycanda istehsal, o cümlədən emal müəssisələrinin qurulması, onların fəaliyyətinin iqtisadi cəhətdən səmərəliliyi, rəqabətədavamlı məhsulun istehsalı və çeşidinin genişləndirilməsi ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Yerli xammal əsasında istehsalın genişləndirilməsi isə daxili bazarın sabit saxlanılması ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunmasına da xidmət edir, ixrac potensialını daha da artırır. Bütün bunlar "Made in Azerbaijan” brendi ilə məhsulların xarici bazarlara çıxarılması məsələsində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yeni zavodun yaradılması ölkəmizdə sahibkarlığın təşviqi, ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
17:08 11.08.2025
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Röya Ayxanın atası vəfat etdi
16:51 11.08.2025
Röya Ayxanın atası vəfat etdi
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb
16:41 11.08.2025
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,6 milyard avro köçürüb