Azərbaycan prezidenti İlham Əliyev özbəkistanlı həmkarı İslam Kərimovun vəfatı ilə bağlı Özbəkistan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Xatırladaq ki, 5 gündür xəstəxanada müalicə alan İ. Kərimov bu gün dünyasını dəyişib. O, sabah Səmərqənddə dəfn olunacaq.