İlham Əliyev: "Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq"

İlham Əliyev: "Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq"
SİYASƏT
20:18 26.10.2021
339

"Bu gün Zəngilan rayonunda birinci özəl investisiya layihəsinin də təməlini qoyduq. Bu investisiya layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir”.

AZXEBER.COM-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

"Bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa, yenidənqurma işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik. Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq", - deyə dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR