İlham Əliyevdən “Diqlas”dakı yanğınla bağlı - SƏRƏNCAM

İlham Əliyevdən “Diqlas”dakı yanğınla bağlı - SƏRƏNCAM
SOSİAL
15:34 28.03.2019
6244
Prezident İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, 2019-cu ilin mart ayının 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.

Dövlətimizin başçısı baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinə "Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiya yaratmağı, görülmüş işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verməyi tapşırıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
OXŞAR XƏBƏRLƏR