İlham Əliyevdən Türkiyəyə böyük - Jest

SİYASƏT
18:43 29.11.2015
30505

Prezident İlham Əliyevin təlimatıyla Orta Asiyaya gedən türk yük maşınları Azərbaycandan keçəcək.

AZXEBER.COM Yeni Şafak qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Rusiya gömrüyündə maneələrlə rastlaşan yük maşınlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana getməsi üçün öz qapılarını Türkiyəyə açıb.

Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə (UND) verdiyi məlumata görə, Rusiyadan tranzit keçid etmək istəyən Türkiyə nömrəli maşınlar Xəzər dəhlizindən istifadə edəcək.

Mevlüt Çavuşoğlu Azərbaycana səfəri zamanı bu problemi həmkarı Elmar Məmmədyarovla bölüşüb.

OXŞAR XƏBƏRLƏR