İlham Əliyevdən yeni – TƏYİNAT

SOSİAL
13:34 29.03.2016
4888
Prezident sərəncam imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə Azərbaycan Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.

OXŞAR XƏBƏRLƏR