İlham Əliyevi göyə atəş açaraq qarşıladılar - FOTOLAR

İlham Əliyevi göyə atəş açaraq qarşıladılar - FOTOLAR
SİYASƏT
15:47 28.02.2017
1321

Azərbaycan prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak etmək üçün fevralın 28-də Pakistan İslam Respublikasına səfərə gəlib.


İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Dövlət başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri qarşılayıblar.


Sonra toplardan yaylım atəşi açılıb, Azərbaycanın və Pakistanın dövlət himnləri səslənib.

 

Azertac

 





OXŞAR XƏBƏRLƏR