İlham Əliyevin Çankaya köşkündə rəsmi qarşılanma mərasimi olub

SİYASƏT
13:25 12.11.2013
971

Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladı.Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Prezident İlham Əliyev türk əsgərlərini salamladı.Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.Sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül birgə xatirə şəkli çəkdirdilər.

OXŞAR XƏBƏRLƏR