İlham Əliyevin göstərişi ilə Azərbaycanlıların təxliyəsi üçün Moldovaya xüsusi heyət ezam olundu

İlham Əliyevin göstərişi ilə Azərbaycanlıların təxliyəsi üçün Moldovaya xüsusi heyət ezam olundu
SOSİAL
11:29 10.03.2022
228
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, indiyə qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə, 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişineu şəhərinə ezam olunub.

Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyi və qeyd olunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb.

Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur, onlarla Səfirlikdə və yerlərdə görüşlər keçirilir və ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa olunur, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla vətənə yola salınması təmin olunur.

Dünyada mövcud olan təcrübəyə uyğun olaraq təxliyə prosesində əsas prioritet uşaq, qadın, ahıl və əlillərə verilir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katoviçe şəhərlərinə ezam olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı artdı
15:54 28.08.2025
Qəzzada ölənlərin sayı artdı
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
15:50 28.08.2025
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq