'İlham Əliyevin nə qədər bacarıqlı şəxsiyyət olduğunu anlamaq üçün Azərbaycandakı inkişafa baxmaq kifayətdir'

SİYASƏT
14:17 24.12.2013
1311
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edir, onun siyasətini həm ölkəsi üçün, həm də Avrasiya məkanı üçün səmərəli və ümidverici adlandırıb. Demirelin "Baku Post" qəzetinə verdiyi müsahibəni təqdim edirik:
– Azərbaycanla Sizin dostluğunuz, xüsusilə Heydər Əliyevlə qardaşlığınız bəllidir. Azərbaycanın hazırkı dövlət başçısı İlham Əliyevlə münasibətlər hansı müstəvidədir və onun siyasətini necə dəyərləndirirsiniz?
– İlham Əliyev dedikdə Heydər Əliyevi xatırlamamaq, hörmətlə anmamaq mümkün deyil. Türkiyə ilə Azərbaycanın dostluğu əbədidir. Biz, iki qardaş ölkənin iki qardaş insanı birgə çalışmışıq və mən Heydər Əliyevi tanımaqdan, onunla işləməkdən həmişə məmnunluq və qürur duymuşam. Mən hər zaman söyləmişəm, yenə deyirəm – dahilər ölməzdir, onlar əməlləri və gördüyü işlərlə daim yaşayır. Heydər Əliyev də dahi idi və Azərbaycanı dövlət halına gətirən görkəmli bir insandır.
Çox böyük məktəbdir Heydər Əliyev məktəbi. O məktəbin yetirməsi olan İlham Əliyev böyük öndərin dövlət quruculuğu sahəsində gördüyü işləri bu gün uğurla davam etdirir, ölkəni bacarıqla idarə edir. İlham Əliyevin nə qədər bacarıqlı şəxsiyyət olduğunu anlamaq üçün Azərbaycandakı inkişafa baxmaq kifayətdir. İlham Əliyev hakimiyyətə gələrkən təhvil aldığı dövləti daha da ucaltdı, inkişaf etdirdi, tarixi layihələrin reallaşmasında müstəsna işlər gördü. Məhz ona görədir ki, bu gün Azərbaycan dünyanın ən yüksək sürətlə inkişaf edən ölkələri sırasındadır.
– Siz bu il Azərbaycana səfər etmişdiniz və Prezident İlham Əliyevlə görüşmüşdünüz. Həmin görüş yadınızda necə qalıb?
– Səfərim unudulmaz məqamlarla zəngin oldu. Təkcə ona görə yox ki, cənab İlham Əliyev məni ölkənin ali mükafatlardan biri-“Şərəf” ordeni ilə təltif etdi. Məni fərəhləndirən Azərbaycanın necə ucaldığını görmək idi. Gənc lider unikal enerji ilə işləyir, nailiyyətlərlə kifayətlənmir, daha çoxuna çatmağa çalışır. Ona görə də, Heydər Əliyev kimi nəhəng siyasətçidən sonrakı dövrdə Azərbaycan dövlət olaraq sarsılmadı.
Son vaxtlar dünyada baş verən hadisələrə baxın: bir çox ölkələrdə qarşıdurmalar, vətəndaş müharibələri, qardaş qırğınları tüğyan edir. Amma Azərbaycan belə arzuolunmaz sınaqla üz-üzə qalmadı. Çünki dövlətin başında duran şəxs xalqına dəyər verir, ona inanır və məhz ona arxalanır. Bu çox önəmli məsələdir. İlham Əliyev ölkəni təmkinlə və səbrli siyasəti ilə idarə edir, hansı qərarı nə zaman verəcəyini dəqiq bilir.
Azərbaycan xalqı da İlham Əliyev siyasətinə güvənir.
– Xarici siyasətdən söz açmışkən, Prezident İ.Əliyevin xarici siyasətini izləyirsinizmi?
– Əlbəttə, izləyirəm. İlham Əliyevin xarici siyasəti ağıllı və məntiqlidir. Ona görə mübahisə yaratmır. O, insan resursuna və ondan səmərəli istifadə olunmasına önəm verir. O, dövlətlərin müstəqilliyinə, siyasi və iqtisadi inkişafına, demokratikliyinə hörmətlə yanaşır, ikitərəfli, çoxtərəfli anlaşmalarda beynəlxaq qanunlara uyğun davranır.
İnsan hüquqlarının qorunmasına diqqət edir, sözdə yox, əməldə terrora və dövlətlərin sabitliyini təhlükə altına alan ünsürlərə qarşıdır. Bütün bunların nəticəsidir ki, Azərbaycan bölgənin çox önəmli, daha dəqiq desək, açar dövlətinə çevrilib.
Enerji məsələlərində Azərbaycanın rolu əvəzsizdir. Bu sahədə Türkiyə ilə münasibətlər İlham Əliyev dönəmində daha da inkişaf edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi tarixi, gələcəyə hesablanmış layihələri gerçəkləşdirib.
– Azərbaycanın Qarabağ problemini həll etmək yolundakı siyasətini necə dəyərləndirirsiniz?
– Qarabağ Azərbaycanın ən böyük problemidir. Türkiyə bu məsələdə daim Azərbaycanın yanında olub, dəfələrlə bildirib ki, Qarabağ problemi həll edilmədən Türkiyə-Ermənistan münasibətləri müzakirə mövzusu ola bilməz. Amma istənilən çatışmazlığın həllində əsas yük və məsuliyyət ölkənin öz üzərinə düşür.
İlham Əliyev problemi sülh yolu ilə həll etməyə çalışır və bu, məntiqli siyasətdir. Amma Ermənistan tərəfinin hər vəchlə məsələnin həllini uzatması vəziyyəti tündləşdirir və İlham Əliyev də haqlı olaraq ərazi bütövlüyünün təminatında digər vasitələrə əl atıla biləcəyini istisna etmədiyini dəfələrlə vurğulayıb. Ermənistan gərək reallığı anlasın, təcavüzə son qoysun.
– İlham Əliyevin doğum gününə sözünüz...
– Öncə hörmətli İlham Əliyevi nailiyyətləri münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayıram. İnanıram ki, İlham Əliyevin xarici və daxili siyasəti Azərbaycanın bütün problemlərinin həlli üçün yetərlidir.
Onun ad gününü ürəkdən təbrik edir, can sağlığı diləyir, ən səmimi duyğularımı yetirirəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
16:27 15.05.2025
Alzheimer xəstələri üçün ağıllı bilərzik kəşf olundu
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
16:23 15.05.2025
Azərbaycan Hüseyn Həsənovu Rusiyaya təhvil verə bilərmi? - "Əgər cinayəti təsdiqlənərsə..."
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
16:15 15.05.2025
Dünyanın ən ucaboy insanlarının yaşadığı ölkə AÇIQLANDI
Snoop Doogun komandası Mehin üçün klip çəkdi  - VİDEO
16:02 15.05.2025
Snoop Doogun komandası Mehin üçün klip çəkdi - VİDEO
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
15:55 15.05.2025
Hakan Fidan: Türkiyə Avropanın təhlükəsizliyində rol oynamağa davam edəcək
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
15:50 15.05.2025
Naftalanda növbəti səyyar qəbul keçirilib - FOTOLAR
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
15:46 15.05.2025
Müdafiə naziri: İlham Əliyev Azərbaycan Ordusunun fəaliyyətindən razıdır
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
15:37 15.05.2025
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
15:26 15.05.2025
“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
15:22 15.05.2025
“Son zəng” məktəb daxilində və sadə formada keçirilməlidir”
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
15:18 15.05.2025
Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
14:51 15.05.2025
Türkiyədəki etirazlarda həbs olunan böyrək xəstəsi Esila azadlığa buraxıldı
Ərdoğan - Zelenski görüşü başlayıb
14:39 15.05.2025
Ərdoğan - Zelenski görüşü başlayıb
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
14:33 15.05.2025
Müğənniyə medal verilməsi gündəm yaratdı - “Necə aldığını açıqlamır”
Bülent Ersoy vəsiyyətini açıqlayıb
14:28 15.05.2025
Bülent Ersoy vəsiyyətini açıqlayıb
MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumu İmzalandı - FOTOLAR
14:27 15.05.2025
MÜSİAD Azərbaycan və Sərgi Təşkilatçıları Arasında Əməkdaşlıq Memorandumu İmzalandı - FOTOLAR