"İlham Əliyevin qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir"

SİYASƏT
14:12 23.11.2021
373
Azərbaycan Respublikası dünya birliyinə inteqrasiyanı daim öndə vəzifələrdən biri kimi tutub. Ölkəmizin dünya birliyinə inteqrasiyası dövlətimiz üçün, onun inkişafı üçün, müasir dövrün tələblərinə uyğun texnologiya, elm-təhsil əldə etmək üçün vacib addımlardır. Bu, təkcə ölkəmiz üçün deyil, eləcə də dünya üçün önəm kəsb edir. Çünki dünya dövlətlərinin də Azərbaycandan əldə edəcəyi, öyrənəcəyi çox şeylər var. Azərbaycan inkişaf etməkdə olan dövlətdir və yeraltı, yerüstü sərvətlər ölkəsidir.

Daima güclənərək, inkişaf edərək bir çox dövlətləri geridə qoyan Azərbaycan artıq güclü orduya da sahibdir. Elə təkcə 44 günlük Vətən Müharibəsi Azərbaycanın hansı gücə sahib olmasını bir daha dünya dövlətlərinə göstərdir.

Dövlət başçısı İlham Əliyev də bu prosesləri hər zaman diqqətdə saxlayaraq Azərbaycanın güclənməsinə və ölkəmizin digər dövlətlərlə inteqrasiyası ilə yanaşı, digər dövlətlərin də Azərbaycanla inteqrasiyaya olan marağının artmasına səbəb olur. Bu səbəbdən də ölkəmizin region ölkələri ilə, Avropa dövlətləri ilə siyasi və iqtisadi əlaqələri genişlənir.

Azərbaycan region ölkələri ilə əlaqələrin inkişafı, qarşılıqlı münasiblərin dərinləşməsinə xüsusi diqqət ayıraraq qonşu ölkələrlər əlaqələri genişləndirir. Ölkəmizin artıq Qafqazda öz sözünü deyən ölkə kimi tanınması da bu istiqamətdə atılan addımların bəhrəsidir.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında Azərbaycanın dünya birliyinə inteqrasiyası haqda fikirlərini bildirib. O, qeyd edib ki, Azərbaycanın dünya birliyinə inteqrasiyası ölkənin xarici siyasətinin əsas istiqamətlərindən biridir:

"Cənab prezident İlham Əliyev ölkənin xarici siyasət kursunun dəqiq hədəflərini müəyyənləşdirib. Bu illər ərzində Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edib. Özəlliklə nəzərə alamaq lazımdır ki, dünyanın çoxsaylı nüfuzlu ölkələrinin qatıldığı Qoşulmama Hərəkatın Azərbaycan iki il uğurlu sədrilik etdi və daha sonra Azərbaycanın sədrliyi məhz bu uğurlu rəhbərlikdən sonra daha da uzadıldı. Qoşulmama Hərəkatı nəzdində Azərbaycan dünya əhəmiyyətli bir sıra sessiya və panellər həyata keçirdi. Özəlliklə, prezident İlham Əliyevin təşəbbüsü ilə bu hərəkatın pandemiyaya qarşı qlobal mübarizə nəzdində həyata keçirdiyi müzakirələrin, sessiyanın və qəbul edilən bəyanatların peyvənd milliyətçiliyi və dünyada koronavirus pandemiyasın qarşı vaksinlər ədalətsiz bölgüsünə qarşı xüsusi bir cəbhə formalaşdırdığını gördük. Məhz bunun nəticəsidir ki, 126 BMT üzvü olan ölkə Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən irəli sürülən bəyanat qəbul etdi".
 

T. İsmayılov qeyd edib ki, ölkəmiz Şərq Tərəfdaşlığı proqramında Qərb ölkələri ilə müxtəlif layihələrdə birlikdə iştirak edib:

"Azərbaycan bu illər ərzində bir çox beynəlxalq təşkilatlarda fəal iştirak edib. Müstəqil dövlətlər birliyi nəzdində keçirilən müxtəlif tədbirlərin əsas iştirakçılarından biri olub. Ölkəmiz Şərq Tərəfdaşlığı proqramında Qərb ölkələri ilə müxtəlif layihələrdə birlikdə iştirak edib. Azərbaycan bu günə qədər türkdilli ölkələrlə Türk Dövlətləri Təşkilatında çox fəal iştirak edib. Məhz Azərbaycan sədrliyi dövründə torpaqlarımız işğaldan azad olunub. Mərkəzi Asiyadan Macarıstana qədər böyük coğrafiyanı əhatə edən yeni bir birlik modeli formalaşdırılıb ki, bunlar da nəzərə alınaraq ölkə başçısı cənab İlham Əliyevə Türk Dünyası Ali ordeni təqdim edilib. Bütövlükdə Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı və dünya birliyinə inteqrasiyası 44 günlük Vətən Müharibəsində ölkəmizin qələbəsinə erməni lobbisi tərəfindən ələ alınmış haqsız hücumlar olsa da, dünya birliyinin çoxsaylı ölkəsinin Azərbaycana dəstəyi ilə xarakterizə olundu".

Region ölkələri arasında dost-qardaş Türkiyə ilə Azərbaycanın bütün sahələrdə əlaqələri tarix boyu yüksək səviyyədə olub. Bundan başqa ölkəmiz türkdilli ölkələrlə də çox yaxşı qarşılıqlı münasibətlərə sahibdir. Bu münasibətlər bu gün də bu ən yüksək səviyyədə davam edir.

Azərbaycanla Türkiyənin qardaşlığı 44 Vətən Müharibəsi dönəmində də bütün dünyaya bir daha sübut olundu. Pakistan, İsrail, Ukrayna kimi qardaş dövlətlər də Azərbaycanın yanında olduqlarını göstərdilər. Bütün bunlardan sonra təkcə qonşu, region dövlətləri deyil, aparıcı Avropa ölkələri də Azərbaycanla münasibətə xüsusi diqqət ayıraraq ölkəmizlə əlaqəlirini genişləndirir.

Vətən Müharibəsi dövründə də Azərbaycanın qazandığı tarixi qələbə öz gücünü həm region ölkələrinə, həm də dünya dövlətlərinə göstərdi. Bu tarixi qələbədən sonra Azərbaycanın dünya miqyasında nüfuzu daha da artdı. Artıq dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanla əlaqələrin inkişafına daha dərindən maraq göstərirlər. Bir çox irimiqyaslı beynəlxalq təşkilatlarda təmsil olunan Azərbaycan artıq bu təşkilatlarda aparıcı dövlətlərdən birinə çevrilib.

Ölkəmizin Avropa elm-təhsil məkanına inteqrasiyasına da xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir. Dövlət başçısının qətiyyəti Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirir.

Görünən odur ki, ölkəmizin region dövlətləri, Avropa ölkələri, beynəlxalq təşkilatlarla inteqrasiyası yüksək səviyyədə davam edir. Bütün bu proseslər ölkə başçısının siyasi uzaqgörənliyi və düzgün istiqamətdə görülən işlərin müsbət nəticəsidir. Yaxın zaman çərçivəsində Azərbaycanın bu istiqamətdə daha ciddi uğurlar əldə edəcəyi gözlənilir.
 
Aydın Nuri
 
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:24 29.11.2021

İsveçrədə dünyada ilk dəfə COVID-pasportlarla bağlı referendum keçirilib

01:52 29.11.2021

Ukrayna prezidenti ilə mübahisə edən jurnalistə cinayət işi açılıb

00:32 29.11.2021

Türkiyədə ötən gün koronavirusdan 213 nəfər ölüb

00:01 29.11.2021

Seyid İbrahim Rəisi: “Azərbaycan və İran xalqlarının ürəkləri bir döyünür”

23:51 28.11.2021

İran Prezidenti: “Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır”

23:40 28.11.2021

Tovuzda ölümlə nəticələnən qəza baş verib

23:17 28.11.2021

Sahibə Qafarova İspaniyada pakistanlı həmkarı ilə görüşdü

22:57 28.11.2021

İsraildə omikron ştammına yoluxanları kəşfiyyat izləyəcək

22:50 28.11.2021

Ekspertlər iqtisadi əməkdaşlıq təşkilatının regiona müsbət təsirindən danışdı – VİDEO

22:45 28.11.2021

Omikron ştammı digər növlərdən daha yoluxucudur? - ÜST-dən açıqlama

22:39 28.11.2021

Saakaşviliyə yeni diaqnoz qoyuldu

22:15 28.11.2021

İran turistlər üçün vizaların verilməsini bərpa edir

21:55 28.11.2021

Qax sakinlərindən örnək addım – VİDEO

21:49 28.11.2021

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

21:43 28.11.2021

İlham Əliyev: “Bundan sonra İranla əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”

21:36 28.11.2021

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşüb