"İlham Əliyevin “TEKNOFEST”dəki çıxışı Azərbaycanla Türkiyənin ümumi düşmənlərinə ünvanlanan mühüm mesaj oldu"

"İlham Əliyevin “TEKNOFEST”dəki çıxışı Azərbaycanla Türkiyənin ümumi düşmənlərinə ünvanlanan mühüm mesaj oldu"
SİYASƏT
16:21 01.05.2023
309
Bu gün dünyada Azərbaycan-Türkiyə münasibətlərinin analoqu yoxdur. Çünki bu əlaqələr dünya praktikasında gördüyümüz və alışdığımız siyasi, iqtisadi, hərbi, geostrateji və digər maraqlarla ölçülən bir münasibət deyil. Bu, qan və genlə, etnogenez və etnik tarixi birliklə yoğurulan, mayalanan əlaqələrdir. Tarixin bir çox sınaqlarından, ən son olaraq isə 44 günlük Vətən müharibəsinin və fevral ayında Türkiyədə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması sınaqlarından çıxmış bu birlik və bərabərlik sarsılmaz və əbədidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Türkiyə tarixinin ən məsuliyyətli bir dövründə – prezident və parlament seçkiləri ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin İstanbula səfəri, artıq ənənə şəklini almış "TEKNOFEST”də iştirakı, oradakı çıxışında verdiyi çox ciddi mesajlar həmin birlik və bərabərliyin ən parlaq nümunələrindən biridir. Bu, Azərbaycanın və Türkiyənin yaxşı gündə də, yaman gündə də birlikdə olduğuna və gələcəkdə də birgə hərəkət edəcəyinə dair bir anonsdur. Bu, eyni zamanda, müxtəlif yollarla Türkiyə və Azərbaycanın arasını "açmağa” çalışan ümumi düşmənlərimizə ünvanlanan mühüm mesajdır.

Nəhayət bu, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin hər hansı maraqlar üzərində qurulan müvəqqəti münasibət olduğunu düşünən qüvvələrə ünvanlanan xəbərdarlıqdır. Bu gün böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tezislərinə Prezident İlham Əliyevin "Bir yumruq” mesajı da əlavə olundu ki, dost da, düşmən də bu mesajdan lazımi nəticə çıxarmalıdır.

"Prezident İlham Əliyevin İstanbula işgüzar səfəri zamanı "Bayraktar”ın Azərbaycanda fəaliyyətə başlayacağı, "Kızılelma”nın ölkəmizin səmasında görünəcəyi və Azərbaycanın Türkiyənin təbii fəlakət bölgəsində böyük bir yaşayış massivinin inşasına başlaması ilə bağlı açıqlamaları qardaş ölkədə böyük təqdir və maraqla qarşılandı. Prezident İlham Əliyev, eyni zamanda, aydın şəkildə bildirdi ki, Türkiyənin regional və qlobal problemlərin həllində rolunun artması, Azərbaycanın Avropanın enerji təchizatında ön plana çıxması kimi amillər iki qardaş ölkənin birgə səylərinin və uzaqgörən siyasətinin nəticələridir”, – deyə F.Şahbazlı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi