İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı

İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyanın xüsusi sessiyasının gündəliyi açıqlandı
SİYASƏT
18:41 02.12.2020
747

BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçiriləcək.

Bu barədə APA-ya BMT-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib. 

Qeyd olunub ki, dekabrın 3-4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə baş tutacaq Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 panemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər.

"COVID-19 qlobal səhiyyə böhranıdır. O həm də iqtisadi böhran, inkişaf böhranı, humanitar böhran və insan haqları böhranıdır. Bu, struktur bərabərsizliyini ortaya qoymuş və qeyri-mütənasib şəkildə cəmiyyətlərimizin ən həssas üzvlərinə təsir edib. Xüsusi sessiya COVID-19-u məğlub etməkdən ötrü bir araya gəlməyimiz üçün tarixi imkan yaradır. Təsdiq mərhələsində olan peyvəndlərlə bağlı xəbərlər və qlobal bərpa səylərinə trilyonlarla dollar axını ilə beynəlxalq ictimaiyyət bunu doğru şəkildə reallaşdırmaq üçün görünməmiş bir fürsət əldə edib.

Dünya BMT-nin liderliyini gözləyir; bu çoxtərəflilik üçün bir sınaqdır. İnanıram ki, Baş Assambleya irəliyə doğru yol açacaq və xidmət etdiyimiz çalışdığımız insanların əzablarına, çətinliklərinə son qoyacaq”, - deyə BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır bildirib.

İki günlük xüsusi sessiyada dekabrın 3-də keçiriləcək ümumi müzakirlər, dekabrın 4-də isə mütəxəssislər, BMT agentlikləri və aparıcı elm adamları ilə interaktiv dialoqlar olacaq.

Sessiyanın ilk günündə BMT Baş Assambleyasının Prezidenti, BMT Baş katibi, İqtisadi və Sosial Şuranın və Təhlüksizlik Şurasının Prezidentləri, Qoşulmama Hərəkatı Təşkilatının sədri çıxış edəcək və daha sonra dünya liderlərinin pandemiya ilə mübarizə təcrübələri və COVID-19-la bağlı ehtiyaclar barədə mesajları təqdim olunacaq.

Sessiyanın ikinci günündə isə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təqdimatı, səhiyyə və humanitar cavab, peyvəndin inkişafı və sosial-iqtisadi bərpa məsələlərini əhatə edən üç panel müzakirəsi keçiriləcək.

Qeyd edək ki, BMT Baş Assambleyasında COVID-19 pandemiyası ilə bağlı xüsusi sessiya keçirilməsi təşəbbüsü ilə Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyev çıxış edib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb - Faktivi hava
11:41 08.11.2026
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağıb - Faktivi hava
Tokayev İlham Əliyevi təbrik etdi
11:30 08.11.2026
Tokayev İlham Əliyevi təbrik etdi
Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə təbriki
11:04 08.11.2026
Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə təbriki
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq"
11:01 08.11.2026
Pakistanın baş naziri: "Biz həmişə Azərbaycanın yanındayıq"
Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
10:58 08.11.2026
Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
10:32 08.11.2026
Marsol Group və İCMA üzvləri Zəfər abidəsini ziyarət etdilər - FOTOLAR
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
10:05 08.11.2026
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
09:41 08.11.2026
Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət ediblər
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
09:31 08.11.2026
Sumqayıtda 17 yaşlı oğlan dəm qazından zəhərləndi
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
09:20 08.11.2026
Yaponiyada güclü zəlzələ olub, 20-dən çox şəxs yaralanıb
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
09:12 08.11.2026
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
09:03 08.11.2026
Şəmkirdə avtomobil ağaca çırpılıb: ölən və yaralananlar var
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
08:52 08.11.2026
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
08:43 08.11.2026
Minskdə Milli Kitabxana Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
08:34 08.11.2026
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
08:25 08.11.2026
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür