İlham Əliyevin Türkiyəyə rəsmi səfəri - FOTOLARDA

SİYASƏT
15:36 12.11.2013
2005

Xəbər verdiyimiz kimi, Ankarada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə Türkiyə prezidenti tərəfindən “Dövlət Nişanı” verilib.

Tədbirdə çıxış edən A. Gül Türkiyənin ən yüksək medalının İ. Əliyevə verilməsindən sevinc duyduğunu bildirib. O, medalın iki ölkə arasında münasibətləri daha da şərəfləndirəcəyini vurğulayıb. A. Gül “Dövlət Nişanı”nın daha öncə Heydər Əliyevə də təqdim olunduğunu xatırladıb.

Qeyd edək ki, səfərdə Azərbaycan prezidentini xanımı Mehriban Əliyeva, baş nazirin müavini Abid Şərifov, xarici işlər naziri Elmar Məmmədyarov, daxili işlər naziri Ramil Usubov, sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, nəqliyyat naziri Ziya Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov müşayiət edirlər.

AZXEBER.COM portalı Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı çəkilən fotoları təqdim edir:

OXŞAR XƏBƏRLƏR