‘İlham Əliyevlə görüşüm fəaliyyətimin ən uğurlu dönəmi idi’ – Səbuhi Abbasov

‘İlham Əliyevlə görüşüm fəaliyyətimin ən uğurlu dönəmi idi’ –  Səbuhi Abbasov
20:12 24.06.2014
1396

“Gənc olmağıma baxmayaraq, həyatda çox şey görmüşəm”

AZXEBER.COM Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, “Mübarizoğlu” Media Qrupunun rəhbəri Səbuhi Abbasovun müsahibəsin təqdim edir: - Səbuhi bəy, siz həm ictimai sferada, həm də media sahəsində çalışırsınız. “Bir əldə iki qarpız tutmaq” çətin deyil ki? - Əslində bunlar eyni sahədir. Fikrimcə QHT sahəsində çalışan hər kəs media ilə sıx bağlı olmalıdır. Media texnologiyasına yaxından bələd olma işin keyfiyyətini və hədəfə doğru irəliləməsini sürətləndirir. Bu baxımdan mən hər iki sahəni idarə edə, təvazökarlıqdan uzaq olsa da, fəaliyyətimi uğurla həyata keçirə bilirəm. - Bugünlərdə “Mübarizoğlu” Media Qrupunu təsis etdiniz. Qısa müddətə Media Holdinqə çevrilmək zərurəti nədən yarandı? - Gundem.az və Xeber1.az mənim çoxdankı layihələrimdir. Kiv.az-ı isə yeni idarəçiliyimə almışam. Bu saytlar ümumi xəbər portallarıdır. Daha ixtisaslaşmış saytların açılması isə cəmiyyətdə zərurətə çevrilib. Bu baxımdan tibb, ədəbiyyat, avto və s. sahələr üzrə yeni saytların yaradılmasına ehtiyac duyduq. Medicaz.org tibb saytı məhz bu zərurətdən yarandı. Qarşıdakı hədəflər isə ədəbiyyat, avto saytlarının açılmasıdır. Təbii ki, texniki imkanlarımız yol versə internet TV-də açacağıq. Lakin bu bir qədər sonra olacaq. Çünki məhdud maliyyə imkanları ilə fəaliyyət göstərmək çox çətindir. - Bir müddət dövlət idarəçiliyində çalışdınız. Yenidən hər hansı vəzifəyə təyinatınız gözlənilirmi? - Bakı Slavyan Universitetində bakalavr və magistr dərəcəsi almışam. Qırmızı diplomla bitirmişəm. İlk iş yerim BSU-da elmi işçi, TGT sədri vəzifəsi olub. Ardınca Universitetdə Jurnalistika şöbəsinin müdiri işləmişəm. Bundan sonra Milli QHT-lər Forumunda İcraçı direktor olmuşam. 2011-ci ilin iyil ayından dekabr ayınadək, təxminən 5 ay müddətində “Mərkəz”qəzeti və saytında redaktor postunu tutmuşam. Daha sonra Dövlət Sosial Müdafiə Fondunda çalışdım. 2013-cü ilin sentyabr ayından yenidən QHT sektoruna və jurnalistika sahəsinsə qayıtdım. Yeni vəzifə məsələsini mən həll etmirəm. 2006-cı ildən YAP Gənclər Birliyinin fəal üzvüyəm. Gənc olmağıma baxmayaraq, həyatda çox şey görmüşəm. 2012-ci ildə Cənab Prezident İlham Əliyevlə görüşüm fəaliyyətimin ən uğurlu dönəmi idi. Gənclər və İdman naziri Azad Rəhimov, müavini İntiqam Babayev bu görüşü çox yüksək qiymətləndirdilər. Açığı səbrlə, təmkinlə fəaliyyətimə real qiymət verilməsini gözləyirəm. Mənə sadəcə meydan lazımdır. Hər halda beş dil bilən, professional dizayner və proqramist, eyni zamanda jurnalist olaraq düşünürəm ki, dövlətimə çox xeyir verə bilərəm. - Səhv etmirəmsə, Azərbaycan Slavyan Universitetində dekan olmusunuz. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası o dönəmdəmi yarandı? - Dekan yox, şöbə müdiri. Çünki o dönəmdə şöbə yeni yaradılmışdı və tələbə kontingenti şöbənin fakültə olmasına imkan vermirdi. Amma indi fakültədir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası 2006-cı ildə təsis edilib, iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bakı Slavyan Universitetinin o zamankı rektoru Kamal Abdulla universitetin bütün tələbələrinin ictimai aktivliyini dəyərləndirir və dövlətçiliyə, azərbaycançılığa xidmət edən tələbələrə xüsusi dəstək olurdu. Belə bir demokratik şəraitdə bu sahədə boşluq hiss etdim və QHT-ni təsis etdik. QHT onlarla layihənin müəllifidir. AzSlav.org saytında təşkilatın fəaliyyəti tam olaraq öz əksini tapıb. Sonradan əsas hədəfimiz Leyla xanım Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər təşkilatının fəaliyyətini təbliğ etməkdən ibarət oldu. Çünki Leyla xanımın fəaliyyəti nümunəvi diaspor fəaliyyətidir. Facebookdakı “Rusiyanın-Azərbaycanlı Gənclər Təşkilatı”nın da səhifənin yaradıcısı və admini mənəm. RAGT-ın saytı amor.az qurulanda mənim də təkliflərim orda yer alıb. Buna görə çox sevinirəm. - Hazırda assosiasiyanın fəaliyyəti nə yerdədir? - Bu ayın 30-da assosiasiyanın 8 yaşı tamam olur. Ad günümüz ərəfəsində müəyyən islahatlar aparmağı, İdarə Heyətini yeniləməyi və daha cidid şəkildə fəaliyyət göstərməyi nəzərdə tuturuq. Bayaq da qeyd etdiyim kimi, ilk addımımız AzSlav.org təşkilatın rəsmi internet səhifəsinin açılışı oldu. Artıq bununla bağlı işlər tamamlanıb. Gənclər və İdman Nazirliyinə və Gənclər Fonduna dəstək üçün müraciət etmək niyyətindəyəm. Çünki bu sahədə fəliyyət göstərmək həm də dövlətimizin strateji fəaliyyət planında var. Lakin bəzi texniki və inzibati xərclər var ki, onu biz öz gücümüzə həyata keçirə bilmərik. Düşünürəm ki, aidiyyatı qurumlar bu istiqamətdə inkişafda maraqlı olmalıdırlar. - Həm də YAP Gənclər Birliyində şöbə müdirisiniz. Partiyada işləriniz necə gedir? - Hazırda QHT-lərlə iş şöbəsi fəaliyyət göstərmir. Bu şöbə Ramil Həsənov YAP GB-də sədr olanda yaranmışdı. Sonradan fəaliyyəti dayandı. Hal-hazırda YAP GB-nin fəal üzvüyəm. YAP GB hər il daha da güclənir, sistemləşir. Seymur Orucov olduqca təcrübəli mütəxəssisdir. Elə bilirəm ki, hər bir fəal YAP gənci partiya rəhbərliyinin diqqət mərkəzindədir. Bu mənada mən də partiyada daha fəal, daha məhsuldar fəaliyyət göstərməyi özümə borc bilirəm. - Vaxtaşırı olaraq sosial şəbəkələrdə müxalif gənclərin hakimiyyət əleyhinə ittihamlarına rast gəlirik. Sizcə, müxalif gənclik nədən narazıdır? - Təəssüf ki, bizdə sağlam müxalifət yoxdur. Müxalif gənclik sadəcə alətdir. Bu alət vasitəsilə müxalifət liderləri xarici donorlardan külli miqdarda pul alırlar. Təbii ki, bunu iqtidarda bilirlər. Lakin onların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Ancaq bu o demək deyil ki, onlar rahat şəkildə dövlətlərini sata, alçalda bilərlər. Bu əsla belə deyil. Sevindirici haldır ki, bəzi müxalif gənclər səhv yolda olduqlarının fərqinə varırlar. NİDA-çı gəncin etirafı buna əyani misaldır. Hesab edirəm ki, müxalifət liderlərinin alətinə çevrilən gənclər nə qədər gec deyil, düz yola qayıtmalıdırlar. Onlar öz ömrünün ən gözəl və enerjili çağlarını bu cür mənasız mübarizələrə sərf etməklə, başqalarını deyil, özlərini bitirirlər.

OXŞAR XƏBƏRLƏR