İlham Zəkiyevdən sürpriz - Açılışa milli geyimdə çıxdı- VİDEO

İlham Zəkiyevdən sürpriz - Açılışa milli geyimdə çıxdı-  VİDEO
SOSİAL
11:20 08.09.2016
2419
2016-cı il Yay Paralimpiya oyunlarının açılış mərasimində paralimpiyaçılarımız surpriz edib.
AZXEBER.COM-un məlumatına görə, komandanın bayraqdarı 2 qat paralimpiya çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev milli geyimdə çıxıb.
Zəkiyev parada milli geyimdə çıxmasının səbəbini belə açıqlayıb:
“Məni belə formada görməmişdiniz. Surprizimiz bundan ibarət idi. AMPK-nin qərarı ilə mən parada milli geyimdə çıxdım. Komandamızın əhval ruhiyyəsi yüksək səviyyədədir. Azərbaycanlılara demək istəyirəm ki, bizim üçün dua edin, biz də sizi sevindirək.”
Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya oyunlarında 6 idman növündə 24 idmançı ilə təmsil olunur.
OXŞAR XƏBƏRLƏR