Müğənni İlhamə Qasımova Azərbaycanda fəaliyyət göstərən "Bolt Food” yemək çatdırılma xidmətini fırıldaqçılıqda ittiham edib.
AZXEBER.COM Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda instaqram hesabında yazıb. İlhamə yemək sifariş edərkən başına gələn hadisəni bölüşüb:
"Bolt food” təzə fırıldaq edir. Guya nağd satışda kuryer şirkətə pulu vermir, bunlar da müştəri üçün borc yazır. Yaxşı, bəs kuryerdən soruşan yoxdur ki, sən pulu almadınsa, yeməyi niyə verdin, atanın şirkətidir? Sonra müştəriyə də yazırlar ki, kuryer pul ödəməyib, ona görə borcunu ikinci dəfə ödə. Gözlə… Yaxşı ki, kart hesabı yazılmayıb, yoxsa ona da çarə edərdilər. Əziz dostlar, xəbəriniz olsun, "Bolt food"dan sifariş etməyin".