İlhamə Quliyeva doğum gününü qeyd edir

İlhamə Quliyeva doğum gününü qeyd edir
MƏDƏNİYYƏT
12:00 17.08.2013
1870

Bu gün Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, Quliyeva İlhamə Məzahir qızı 1942-ci il avqustun 17-də Bakıda anadan olub.O, 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub. “Şöhrət” ordeni ilə təltif edilib.1998-ci ildə Azərbaycanın, 2008-ci ildə isə Dağıstanın xalq artisti adına layiq görülüb. Bu il avqustun 15-də prezident İlham Əliyev xalq artisti İlhamə Quliyevanı “Şərəf” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.Bu gün sənətçinin 70, səhnə fəaliyyətinin isə 50 illiyi qeyd olunacaq.Bununla bağlı yerli telekanallarda İ.Quliyevanın doğum günü keçiriləcək.“Space”in “Hər səhər” verilişinin 4 saatlıq canlı efir vaxtı bütünlüklə böyük sənətçinin həyat və yaradıcılığına həsr olunacaq. Verilişdə İ.Quliyevanı millət vəkilləri, görkəmli sənətkarlar, mədəniyyət xadimləri, ziyalılar təbrik edəcək.

OXŞAR XƏBƏRLƏR