‘İlhamə Quliyevanın nişanları ‘Binə’ və ‘Sədərək’də 3-5 manata satılır’

‘İlhamə Quliyevanın nişanları ‘Binə’ və ‘Sədərək’də 3-5 manata satılır’
SİYASƏT
13:30 16.07.2013
3939

Bu sözləri millət vəkili Çingiz Qənizadə bildirdi.

“Tanınmış sənət adamlarının, 15-ə qədər millət vəkilinin, Azərbaycanın əsl xalq artistlərinin İlhamə Quliyevanın əməllərini tənqid etməsi bir daha mənim haqlı olduğumu sübut edir. Onun taxdığı nişanlar isə ”Binə" və “Sədərək” kimi ticarət mərkəzlərində üç-beş manata satılır". Bu sözləri “Yeni Müsavat”a açıqlamasında deputat Çingiz Qənizadə bildirdi. Onun sözlərinə görə, xalq artisti adını daşıyan yaşlı bir qadının efirdən Nazpəri xanıma xitabən “mən yemirəm, yedizdirirəm” deməsi Azərbaycan xalqını təhqir deməkdir: “Bu gün Alim Qasımov, Rasim Balayev, Fəxrəddin Dadaşov, Nəzakət Teymurova, Mənsum İbrahimov, Teymur Mustafayev, Aygün Bayramova və digər tanınmış sənət adamları İlhamə Quliyevanın əməllərini pisləyən açıqlamalar verdikdən sonra bu qadın yenə də öz bildiyini edirsə, mənim ona sözüm yoxdur. Mən o qadını ədəb-ərkana, etikaya dəvət etmişəm. O isə öz növbəsində başqalarına qarşı həmişə apardığı kampaniyanı, şantaj, şərləmə kampaniyasını mənə qarşı yönəltdi. Hər dəfə də çox cılız şəkildə müsahibələrinin sonunda ulu öndər Heydər Əliyevin, cənab prezidentin adını çəkir, onun əsgəri olduğunu söyləyir”. Daha sonra xanım Quliyevanın statuslarından danışan deputat bu statusların saxta olduğunu bir daha vurğuladı: “Onun ”Xalq artisti" və “Şöhrət” ordenindən başqa heç bir titulu yoxdur. Bildirir ki, guya ona BMT- nin sülh səfiri statusu verilib. Bu isə bizim hörmətli ledimiz, Mehriban xanımın titulundan da yüksək bir titul, status deməkdir. Yaxşı, bu statusu kim və nə zaman verib İlhamə Quliyevaya? Yüngül bir döş nişanını göstərərək türk dünyasının sənət kraliçası, dünya sülh səfiri, olduğunu iddia edir. Onun televiziyada göstərdiyi nişanlar “Binə” və “Sədərək” kimi ticarət mərkəzlərində 3-5 manata satılır. Bəzi qeyri-hökumət təşkilatları var ki, məqsədli şəkildə belə statuslar verməklə məşğuldurlar. O statuslardan saysız-hesabsızı mənə də verilib. İndi mən durum hər müsahibələrimin, açıqlamalarımın sonunda o statusları, adları bir-bir açıqlayım və sonda da ora bir millət vəkili sözünü əlavə edim? Amma bu qadın hər müsahibəsinin sonunda bir-bir o saxta statusların adını çəkir ki, bunun da heç bir hüquqi əsası yoxdur. Bütün bunlar onun öz işidir, ancaq heç kim ona haqq verməyib ki, milyonların baxdığı efirdən “mən yemirəm, yedizdirirəm ” kimi tərbiyəsiz ifadə səsləndirsin. Ona görə də bu yaxınlarda çox güman ki, onlarla Azərbaycan vətəndaşı bu ifadəyə görə onu məhkəməyə verəcək. Ola bilər ki, onların içində mən də oldum. Çünki o, məlum ifadəsi ilə əslində Nazpəri xanımı deyil, bizləri, Azərbaycan xalqını təhqir edib. Bugünlərdə də öz dediklərindən əl çəkmir. Bunun da əsas səbəbi illərdir hər kəsin onun qarşısından qaçması olub". Çingiz Qənizadə Quliyevanın onu Müsavatın nümayəndəsi olmaqda ittiham etməsinə də aydınlıq gətirdi: “Bu onun ənənəvi şər-böhtan, şantaj dəsti-xəttinin tərkib hissəsidir. Bu iddiaları ilə guya o mənim imicimə xələl gətirmək istəyir. Ancaq mən qeyd etmək istəyirəm ki, bizim hamımız Müsavat ideyalarına xidmət edən, Müsavatın öncülləri olan, vaxtilə bizim Xalq Cümhuriyyətini quran insanların davamçılarıyıq. Əgər biz bu gün özümüzü o dövlətin varisi elan etmişiksə, təbii ki, müsavatçılıq bizim canımızda, qanımızdadır. Ona görə də heç kim məni buna görə ittiham edə bilməz. Mən heç bir siyasi təşkilatın da üzvü deyiləm. Ancaq bununla yanaşı, cəmiyyətdə baş verən hər hansısa ədəbsizliyə, mənəviyyatımıza zərər verə biləcək hərəkətlərə, gənclərimizin əxlaqını poza biləcək əməllərə göz yuma bilmərəm. Əgər 70 yaşında bir nənə, yaşlı bir qadın internet resurslarından istifadə edib video yayaraq 40 yaşında gənc bir sevgilisi olduğunu bəyan edirsə, bu insana nə ad vermək olar? Mən sadəcə ad tapa bilmirəm. Bu adın verilməsini cəmiyyətin və cəmiyyətin güzgüsü olan jurnalistlərin ixtiyarına buraxıram...”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"