İlhamə Quliyevanın sevimli gödəkçəsi girovluqda - ARAŞDIRMA

İlhamə Quliyevanın sevimli gödəkçəsi girovluqda - ARAŞDIRMA
SOSİAL
12:17 21.04.2017
14472
Nadir xəzdən olan gödəkcə 15-20 min manat civarında qiymətləndirilir, korifey sənətkarın oğulluğu isə deyir ki...

Mərhum korifey sənətkar İlhamə Quliyevanın sevə-sevə geyindiyi bahalı gödəkçəsi ilə bağlı maraqlı məlumat yayılıb. Xəbərlərə görə, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun oğulluğu Orxan Nadirov həmin gödəkçəni girov qoyub və min manat pul alıb.

İ.Quliyevanın həmin gödəkçəsi dünyaca məşhur "GreekFurs” firmasının istehsalıdır. Bu şirkət eksklüziv və xüsusi bəslənmiş gəmirici növlərinin xəzlərindən gödəkçələr hazırlayır. Yunanıstanda yerləşən və ABŞ xəz-dəri şirkətləri ilə əlaqəli çalışan "GreekFurs”un qiymət siyasəti də fərqlidir. Şirkətin saytında eksklüziv gödəkçələrin qiymətləri də növündən asılı olaraq 1400 avrodan 50 min avroya qədər dəyişir.

İ.Quliyevanın vaxtilə sevə-sevə geydiyi gödəkçənin qiyməti haqda dəqiq məlumat yoxdur. Müraciət etdiyimiz xəz mütəxəssisləri həmin gödəkçənin bahalı mal olduğunu təsdiqlədilər. Bildirdilər ki, belə xəzlərdən olan gödəkçənin hazırda Azərbaycanda bazar qiyməti 15-20 min manatdır. Mərhum sənətkarla vaxtilə yaxın olmuş şəxslər isə bildirirlər ki, həmin gödəkçəni ona hədiyyə veriblər. İ.Quliyeva da bahalı xəzdən olan həmin gödəkçənin ona hədiyyə verilməsini gizlətməyib, konkret ad çəkməklə "gödəkçəni mənə alıb” deyirmiş. Yayılan xəbərdə bahalı gödəkçənin lombardlardan birində olduğunu öyrənəndən sonra ilk öncə Orxan Nadirovla əlaqə saxladıq. O.Nadirovun yayılan xəbərə münasibəti belə oldu: "Səhv məlumatdır, gödəkçə evdədir, şəklini çəkib vathcapla yollayacağam”.


 
Bununla belə, korifey sənətkarın məşhur gödəkçəsinin girovluqda olub-olmamasını aydınlaşdırmaq üçün lombardlarla əlaqə saxladıq. Bir neçə saatlıq araşdırmalardan sonra öyrəndik ki, digər qiymətli əşyalarla yanaşı, bahalı geyimlərə də lombard krediti verən bir ünvan var. Həmin ünvan Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşir. Qeyd edilən küçədəki lombardla əlaqə saxladıq. Oradan belə bir cavab aldıq ki, həqiqətən də lombarda Orxan Əhmədağa oğlu Nadirov xəz gödəkçə girov qoyub.



"Xəz gödəkçə haqda siz məlumat verəndən sonra araşdırdıq. Lombarda 2016-cı ilin oktyabrında bir qadınla bir cavan oğlan gəliblər. Onlar xəz gödəkcəni qoyub kredit alıblar. Gödəkçə 1 ay müddətinə qoyulub, amma sonradan gəlib onu geri almayıblar” - deyə lombardda çalışan bir xanım söyləyib. Az sonra redaksiyamızla əlaqə saxlayan və özünü lombardın rəhbərlərində biri kimi təqdim edən şəxs deyib ki, xəz gödəkçənin İlhamə Quliyevaya məxsus olmasını bildiklərindən məmnun olublar: "Bizə məlumat verdiyiniz üçün təşəkkür edirik. Korifey sənətkarımız İlhamə Quliyevaya böyük hörmətimiz olub və bu gün də var. Onun xəz gödəkçəsi girov qoyulub və ardınca gələn olmayıb. Həmin gödəkçə bizdədir”.

Bəs gödəkçənin gələcək taleyi necə olacaq? Satışa çıxarılacaq yoxsa başqa planlar var? Lombard rəsmisi deyir ki, ümumi məsləhətdən sonra belə qərara gəliblər ki, mərhum korifey sənətkarın gödəkçəsini satışa çıxarmasınlar: "Həmin gödəkçəni yadigar olaraq saxlayacağıq. Əgər nə vaxtsa İlhamə Quliyevanın ev muzeyi açılarsa, həmin gödəkçəni ora təhvil verə bilərik. Hazırda gödəkçə bizim əmlakımızdır”.



Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra onun çoxsaylı əmlakları uğrunda yaxınları məhkəmə çəkişməsinə başlamışdılar. Vərəsəlik hüququ ilə bağlı bacıları Gülbahar və Aidə Quliyevalar və özünü onun oğlu kimi təqdim edən Orxan Nadirov mərhum sənətkarın mülkləri, əmlakı və digər qiymətli əşyalarına sahib olmaq üçün Yasamal Rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə O.Nadirovun iddiasını təmin etməyib. Onun vərəsəlik hüququnun tanınması ilə bağlı iddiasına rədd cavabı verib. Məhkəmə hesab edib ki, İlhamə Quliyevanın bütün əmlakı bacılarının arasında bölünməlidir. Çünki Orxanın İlhamə Quliyevanın oğlu olması və ya vərəsə elan edilməsi ilə bağlı hər hansı rəsmi sənəd və vəsiyyətnamə yoxdur, heç vaxt olmayıb. İ.Quliyeva 2016-cı il fevralın 25-də dünyasını dəyişib. Bundan sonra onun mirasına həbs qoyulmuşdu.



Xatırladaq ki, İ.Quliyevanın Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun "İnfiniti” və "Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları, bahalı geyimləri qalıb.

Mənbə: musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər