İctimai radionun aparıcısı Zümrüd Rüstəmli də bu fotoya münasibət bildirib: “İlhamə Qasımova çox gözəl səsə və ürəyə sahib insandı. Əlbəttə, gözəl və məlahətli səs Allah vergisidir. Xoşbəxtlikdənİlhamə Tanrının bu bəxşişinə layiq görülüb. Onun bu cür ucuz reklamlara ehtiyacı yoxdu.İlhamə Qasımova ilə tanışlığım gec olsa da onu tanımaqdan çox şad oldum. Kaş bütün müğənnilərimiz onun kimi səmimi və mehriban olaydılar. İndi onun haqqında bu cür nəlayiq sözlər eşitmək mənə də təsir etdi. Müğənnilərə geyimi ya şəxsi həyatına görə deyilsəsinə görə qiymət verək”.Aparıcı sonda onu da qeyd edib ki, İlhamə Qasımovanı yaxından tanımaq istəyənlər, onun mahnıları üçün darıxanlar bayram günlərində ictimai radionu dinləsinlər.
