İlhamənin köməkçisi Mehriban Hüseynovadan ŞOK məktub: "Əli Mirəliyevə inanın"
MAQAZİN
12:30 19.03.2016
3134
Mərhum müğənni İlhamə Quliyevanın həbsdəki köməkçisi Mehriban Hüseynova redaksiyamıza növbət dəfə məktub yollayıbMərhum müğənninin köməkçisi ilginc məqamlara aydınlıq gətirməklə, İlhamə Quliyevanın vəsiyyətini də qeyd edir.AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, M.Hüseynova məktubunda yazır: "İstəməzdim, bir daha köhnə söhbətlərə qayıdım. Ancaq buna məcburam. Çünki aylardır, məni gözdən və nüfuzdan salmaq istəyində olanlar var. Bu adamlar başıma olmazın oyunlar açdılar. Aylarla əziyyətini çəkdiyim İlhamə Quliyeva ilə məni düşmən etdilər. Hələ də qurduqları planlara çatmadıqlarına görə yenə də məndən əl çəkmək istəmirlər. Belə çıxır ki, mənim tutulmağım, İ.Quliyevanın rəhmətə getməyi onların planının sonu deyilmiş. Canfəşanlıq edib, özlərini guya ki mərhumənin qisasını alırlar kimi göstərib, etdikləri cinayətlərdən sığortalanmaq istəyirlər. Artıq hər kəsə aydındır ki, İ.Quliyeva nə qədər ağır xəstə idi. Onun ağır və dözülməz əməliyyatdan çıxan vaxtında da yanında mən olmuşam. Mən ona anam kimi baxmışam. Ona görə də ondan gələn zərbə mənim üçün dözülməz oldu. Çünki İ.Quliyeva mənə yox, məhz o dələduz, fırıldaqçılara inanmışdı. Hazırda göz qabağındadır, kim var-dövlət, mülk davası edir".M.Hüseyova İ.Quliyevanın vəsiyyətnin təmin olunmamasına, ölümündən sonra onun əmlakının hərisliklə ələ keçirilməsinə diqqət çəkir: "Əgər Orxan, həqiqətən də, İlhamə Quliyevaya, sadəcə, bir oğulluq etmək istəyirdisə, nə üçün onun yoxluğunun acısını deyil, qalan mirası ələ keçirmək həsrətini çəkir? Axı İ.Quliyeva sağlığında hər zaman mənə və ona yaxın olan qohumlarına bildirirdi ki, əgər mən həyatda olmaramsa, məni qoz ağacından olan tabutda basdırın. Nəyim də varsa, kimsəsiz uşaqlar üçün xərcləyin. Əgər mənə inanmırsınızsa, Əli Mirəliyevə inanın. Məndən öncə İ.Quliyevanın ən ağır vaxtlarında Ə.Mirəliyevin qızı onun qulluğunda dayanıb. Artıq olan olub, keçən keçib, hazırda istintaq gedir. İstintaqın gedişinə mane olmamaq üçün çox şeyləri açmaq istəmirəm".