Çilinin "Kolo-Kolo" və Braziliyanın "Fortaleza" komandaları arasında Libertadores Kubokunun oyunundan öncə iki azarkeş ölüb.
Hadisə Çilinin Santyaqo şəhərindəki "Monumental" stadionunun yaxınlığında, bir qrup azarkeşin güclə arenaya girməyə cəhd göstərməsi və qoruyucu maneələrdən birini yıxması zamanı baş verib.
Azarkeşlər hasarın altında qalıb, nəticədə biri yerində, digəri xəstəxanada dünyasını dəyişib.
70-ci dəqiqədə yerli azarkeşlərin meydana yad əşyalar atmağa başlamasından sonra matç dayandırılıb. Daha sonra "Fortaleza"nın oyunçuları gizlənmək üçün paltardəyişmə otağına tərəf qaçıblar.
Olayların dayanmadığını görən qarşılaşmanın baş hakimi oyunu bitirməmək qərarına gəlib.
\report