"İlin adamı" mükafatı sahiblərinə təqdim edildi

"İlin adamı" mükafatı sahiblərinə təqdim edildi
MAQAZİN
13:54 07.02.2012
2906
Bu gün Bakıda Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun təsis etdiyi "İlin adamı" mükafatının təqdimetmə mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, mərasimdə ANS Şirkətlər Qrupunun rəhbərliyi, millət vəkilləri və sənət adamları iştirak ediblər.Tədbiri ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Aöğayev açıb və sözü ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayeva verib. S. Mustafayev çıxış edərək bildirib ki, "İlin adamı" mükafatı artıq 11-ci dəfədir ki, təqdim edilməsinə baxmayaraq , ilk dəfədir ki, mükafat bir yox, iki nəfər verilir. Bu mükafat "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycana qələbə sevincini yaşadan Eldar Qasımov və Nigar Camala verilir. Onlar bu ada ötən il bütün Avropanı arxada qoyaraq Vətənimizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiklərinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdıqlarına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimizin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduqlarına və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiklərinə görə layiq görülüblər.S. Mustafayevin sözlərinə görə, Azərbayacan “Eurovision” müsabiqəsinə çox ciddi yanaşdığını yaxşı nəticələrlə sübut etmişdi: "Samir və Elnurun, Araş və Ayselin, Səfurə Əlizadənin birinci yerə yaxınlaşması reallıq idi. May Azərbaycanın müstəqilik bayramı ayıdır. Azərbaycana böyük qələbə gətirən iki vətəndaşımız bu nəticə ilə eyni zamanda bir neçə nəticəni həyata keçirdi. Bütün Avropanı arxada qoyaraq Azərbaycanın bayrağını qaldıran və bununla da əsl vətənpərvərlik nümunəsi göstərən Eldar və Nigar bir rəmzə çevrildilər. Eldar və Nigarın səhnəyə Azərbayacan və Türkiyə bayrağı ilə daxil olması isə "bir millət iki dövlət" fəlsəfəsinin sadə yolla sübutu idi. Bu qələbə həm də uzun illər erməni diasporunun daha möhkəm, daha güclü olmaları barədə rəyə sarsıdıcı zərbə idi. Bu, Avropanaın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın birliyinin nəticəsi idi. Qalib gələn təkcə iki gəncin səsi deyildi. Bu uğur hamımızın verdiyi səslərin cəmi idi. Biz yarışa qədər çox ciddi təşkilati işlər görən, nailiyyətə etibarlı zəmin hazırlamaqla uğurun möhkəm təməlini qoyan ölkə rəhbərliyi, Heydər Əliyev Fondu və İctimai Televiziyanın zəhmətini xüsusi qiymətləndirməliyik".ANS Şirkətlər Qrupunun vitse-prezidenti Azərbaycanın təbii ki, buna qədər də tanınıdığını vurğulayıb: "Nneft, iqtisadi inkişafımızla, mədəni tarixi keçmişimizlə, dövlətimizin bölgədə oynadığı mühüm rola görə tanınırdı. Ancaq etiraf edək ki, məhz bu qələbə Avropanın birincisi olan Azərbaycanı ildırım sürəti ilə məşhur etdi. İndi Avropanın elə bir ölkəsi tapılmaz ki, orada bu emosional duyğuların əks olunduğu səmimi sevgi mahnısı səslənməsin. Bu qələbə ilə məddahların illər boyu dünyaya qəddar bir ölkənin insanı kimi təqdim etdiyi azərbaycanlı obrazı darmadağın edildi. Qaliblərimizin mətbuat konfransında ən müxtəlif məqsədlər güdən suallara verdiyi soyuqqanlı və səmimi şəkildə cavablar millətimizin nə qədər mütərəqqi, mədəni və tolerant olduğunu nümayiş etdirdi.Bütün Avropa Azərbaycan mədəniyyətini alqışlayırdı. İndi kimin necə yanaşmasından asılı olmayaraq, ortada Azərbaycan mədəniyyəti var idi və bu qələbə onun ayağına yazılırdı. Müstəqil Azərbaycanın vətəndaşları müstəqil Azərbaycanın mədəniyyətini tarixə həkk etdirdi. Eldar və Nigar “Eurovision”u Azərbaycana gətirdilər. Bu, təkcə mədəni naliyyət deyildi, bu həm də Avropa ölkələrinin xoş məramla Azərbaycana dəvət olunması idi. Onlarla ölkədən qonaq düşəcək insanların Azərbaycanın inkişafına verəcək tövhənin səbəbi idi.“Eurovision”nun Bakıya gəlişi Azərbaycanın Avropa standartlarına tam cavab vermək istəyinə təkan, ölkənin ən müasir standartlara cavab verən infrastruktur layihələrini sürətləndirən bir fürsət idi. Bir sözlə "İlin adamı" elan etdiyimiz şəxslərin uğurları dövlətimiz və millətimiz üçün belə qiymətləndirilir.İndi isə gəlin o qürur dolu anları birlikdə bir daha yaşayaraq. Sizi "İlin adamı" nominantlarının xidmətlərini əks etdirən videçarxa baxmağa dəvət edirik", deyə Seyfulla Mustafayev qeyd edib.Mərasimdə qonaqlara "Eurovision-2011" qaliblərinin uğurlarından ibarət videoçarx nümayiş olunub və nəhayət Eldar Qasımov və Nigar Camal səhnəyə dəvət edilib."İlin adamı" diplomlarını qaliblərə Seyfulla Mustafayevin özü təqdim edib. Diplomlardan əlavə Eldar və Nigara məşhur "Raymond weil" saat şirkəti tərəfindən onlar üçün xüsusi hazırlanmış dəyərli saatlar hədiyyə edilib. Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu "İlin adamları"na həmçinin 4 min manat məbləğində pul mükafatı da təqdim edib.Seyfulla Mustafayev bildirib ki, bank qanunlarına görə pul mükafatı ancaq bir adamın adına yazılmalı olduğundan, pul mükafatı el adəti ilə kişinin adına yazılıb. "Onlar bunu özləri bölüşdürərlər", deyə S. Mustafayev sözlərini zarafatla bitirib.Təqdimetmə mərasimindən sonra ürək sözlərini deyən Eldar Qasımov öncə hamını salamlayıb:"ANS Şirkətlər Qrupuna və Çingiz Mustafayev Fonduna dərin təşəkkürümüzü bildiririk ki, bizi bu gözəl mükafata layiq görmüsünüz və bizim işimizi belə dəyərləndirmisiniz. Əminəm ki, Azərbaycan gələn illərdə də belə qələblələrlə zəngin olacaq. Çox sağ olun!"Nigar Camal isə bu mükafata layiq görüldüyünə görə çox xoşbəxt olduğunu bildirdi:"Dərin təşəkkürümü bildirirəm. Biz çox xoşbəxtik, bu bizim üçün böyük mükafatdır. Çox sağ olun ki bizə inandınız və bizi seçdiniz".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi