Almaniyanın Frankfurt şəhərində "MTV Music Awards", yəni "MTV Avropa Musiqi Mükafatının" təqdimetmə mərasimi baş tutub.MTV Avropanın versiyasına görə, ilin mahnısı adını kanadalı müğənni Karli Rey Cepsenin "Call me maybe" mahnısı qazanıb. Cepsen həmçinin "ilin debütü" nominasiyasında qalib olub."İlin qadın müğənnisi" nominasiyasında kantri-ifaçısı Teylor Svift qalib gəlib. Teylor Svift gecənin triumfatorlarından biri olub. O, eyni zamanda 'Ən yaxşı çıxış' və 'Ən zövqlü ulduz' nominasiyalarında da mükafat qazanıb."İlin kişi müğənnisi" nominasiyasında kanadalı Castin Biber də Teylor Svift kimi 3 mükafat qazanıb. O, həmçinin "Ən yaxşı pop-artist" və "MTV World Stage çərçivəsində ən yaxşı çıxış" nominasiyalarında qalib olub.'İlin ən yaxşı qrupu' nominasiyasında isə Böyük Britaniyanın 'Van Dayrekşın' qalib olub. Qrup ikinci mükafatını da 'ilin ən çox pərəstişkarı olan qrupu' nominasiyasında əldə edib.'İlin ən yaxşı rok-qrupu' adına amerikalı 'Linkin Park' layiq görülüb.Elektron musiqi sahəsində isə fransız dicey Devid Qetta birinci olub.'Ən yaxşı alternativ ifaçı' adına Lana Del Rey, 'ən yaxşı hip-hop ifaçısı' adına isə Niki Minaj layiq görülüblər.Rusiyalı Dima Bilan və Rihanna 'ən yaxşı beynləxalq artist' nominasiyasında çinli müğənni Han Qenqə uduzublar.'MTV Avropa Musiqi Mükafatı' çərçivəsində 'Dünya İkonası' mükafatına isə ölümündən sonra Uitni Hyuston layiq görülüb.Ümumilikdə 16 nominasiya üzrə MTV mükafatı təqdim edilib. Qeyd edək ki, mükafatın qaliblərini canlı yayımda tamaşaçılar səsvermə vasitəsilə müəyyən edirlər.